APA-nın məlumatına görə, bu barədə onun həyat yoldaşı Fatimə Kərrubi ailəyə yaxın olan “Səhamnews” xəbər saytına açıqlamasında bildirib. F. Kərrubinin sözlərinə görə, ötən yeddi gün ərzində həyat yoldaşı iki dəfə xəstəxanaya qaldırılıb: “Sonuncu dəfə M. Kərrubi İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (
Qeyd edək ki, İran müxalifətinin liderlərindən olan Mirhüseyn Musəvi və onun həyat yoldaşı Zəhra Rəhnəvərd ev dustaqlığında, M.Kərrubi İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinə (ETTELAT) məxsus xüsusi təcrid evlərindən birində saxlanılır.
Onların həbsdə saxlanılmalarının artıq min günü tamam olub. Ailə İran prezidenti Həsən Ruhanidən M. Kərrubinin ETTELAAT-dan ən azı öz evinə dustaqlığa köçürülməsini xahiş edib.