Azərbaycanda manat pul kütləsi 20% artıb

Azərbaycanda manat pul kütləsi 20% artıb
# 23 yanvar 2014 07:51 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2013-cü il dekabrın 1-nə 18 289,2 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,9% çoxdur.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, ötən ilin yanvar-noyabr aylarında geniş mənada pul kütləsi 1 513,9 mln. manat və ya 9,0% artıb.

Qeyd edək ki, M3 aqreqatının strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.

Eyni zamanda, manat pul kütləsi (M2 aqreqatı) illik müqayisədə 20,3% artaraq dekabrın 1-nə 15 214,2 mln. manata çatıb:

(mln. AZN)

01.12.2012

01.01.2013

01.12.2013

M0 (nağd pul)

8 383,6

9 256,6

9 849,4

M1 (nağd pul, tələb olunanadək əmanət və depozitlər)

10 100,5

11 107,9

11 968,6

M2 (nağd pul, tələb olunanadək və manatla müddətli əmanət və depozitlər)

12 649,6

13 806,4

15 214,2

M3 (nağd pul, tələb olunanadək və müddətli əmanət və depozitlər)

15 787,7

16 775,3

18 289,2

Azərbaycanda pul kütləsində nağdlaşma səviyyəsi ötən ilin dekabrın 1-nə 64,7%-ə bərabər olub ki, bu da illik müqayisədə 1,6 faiz bəndi azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR