Bakıda hibrid avtomobillər üçün şarj avadanlıqları quraşdırılır

Bakıda hibrid avtomobillər üçün şarj avadanlıqları quraşdırılır
# 26 iyun 2014 08:52 (UTC +04:00)

“SOCAR Petroleum” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, elektriklə işləyən və ya elektrik şarj üçün girişi olan hibrid avtomobillərin sahibləri öz avtomobillərini aeroport yolu üzərində Sabunçu və Suraxanı yol qovşaqlarının yaxınlığında yerləşən yanacaqdoldurma məntəqələrimizdə ultra sürətli şarj avadanlıqları vasitəsilə 15-20 dəqiqəyə tam şarj edə biləcəklər.

Avadanlıqlar CHAdeMO, COMBO 2, AC TYPE mode2 standartlarını dəstəkləyir. Sürətli şarj avadanlıqları eyni anda iki avtomobili şarj edə biləcək ikili texnologiya ilə təmin edilib. Dolum müddətində müştəri şarjın statusu, müxtəlif parametrlər haqqında ətraflı məlumat ala biləcək. Ultra sürətli şarj avadanlıqlarının quraşdırılması nəticəsində ölkədə bu tip nəqliyyat vasitələrinin istifadəsinə marağın artmasına səbəb olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR