Söyün Sadıqov Rusiya Prezidenti yanında Millətlərarası Münasibətlər Şurasından çıxarılıb

Söyün Sadıqov Rusiya Prezidenti yanında Millətlərarası Münasibətlər Şurasından çıxarılıb
# 27 iyun 2014 15:25 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya prezidenti Vladimir Putin Millətlərarası Münasibətlər Şurasının yeni tərkibini təsdiq edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, prezidentin sərəncamı ilə Rusiya Prezidenti yanında Şuraya "Azərros" Federal Milli Mədəni Muxtariyyətinin prezidenti Asif Məhərrəmov və Rusiya baş nazirinin müavini Aleksandr Xloponin daxil olublar.

A. Xloponin Şura sədrinin müavini vəzifəsini də tutacaq.

Rusiya Prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının üzvü olan Ramazan Abdullatipov, Söyün Sadıqov, Dmitri Kozak, İsmayil Caraştiyev və İqor Levitin isə Şuradan çıxarılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR