Çin investorları «Khazar Islands» layihəsində iştirak edəcək

Çin investorları «Khazar Islands» layihəsində iştirak edəcək
# 11 sentyabr 2013 13:49 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanın «Avesta» Konserninin prezidenti İbrahim Nehrəmlinin rəhbərlik etdiyi nümayəndə heyəti Çində işgüzar səfərdə olub.

Konserndən «APA-Economics»ə verilən məlumata görə, səfərin məqsədi «Khazar Islands» layihəsinə dair investisiya imkanlarının araşdırılması və müzakirəsi, layihədə istifadə olunacaq texniki avadanlıqların, maşın və mexanizmlərin alınması, istehsalçı şirkətlərlə tanışlıq, həmçinin Çinin paytaxtı – Pekin və digər şəhərlərdə layihə ilə bağlı müxtəlif rəsmi görüşlərin keçirilməsi olub.

Səfər çərçivəsində Çinin aparıcı ağır texnika istehsalçılarından olan «Zoomlion» şirkətinin rəsmiləri ilə görüş keçirilib, nümayəndə heyəti maşın və texnikaya, zavoda, istehsal prosesinə baxış keçirib. Gələcəkdə bu texnikanın alınmasına və istifadəsinə dair ilkin razılıq əldə olunub. Həmçinin, səfər zamanı «Khazar Islands» layihəsinin maliyyələşdirilməsində iştirakla bağlı üçtərəfli memorandum imzalanıb. Sənəd «Avesta», «TSG Global Holdings» və «China-ZK International Energy Investment Co. Ltd.» şirkətləri tərəfindən imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR