Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi saxta pulların dövriyyəsinə qarşı əməliyyat keçirib

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi saxta pulların dövriyyəsinə qarşı əməliyyat keçirib
# 23 yanvar 2014 09:17 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Bakıda əməliyyat keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, idarə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qaradağ rayonu Sahil qəsəbəsinin ərazisində Ağdaş rayon sakini Sadiq Yusibovdan 8 ədəd 20 manatlıq, 4 ədəd 10 manatlıq, Hacıqabul rayon sakini Raqil Şirəliyevdən 1 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq saxta əsginaslar götürülüb.

Həmçinin R.Ş irəliyevin idarə etdiyi “Kia-Rio” markalı avtomobilə baxış zamanı oradan 4 ədəd 20 manatlıq, 2 ədəd 10 manatlıq saxta əsginaslar aşkar edilib.

Şirvan şəhərinin ərazisində R. Şirəliyevin icarəyə götürdüyü “Foto Uğur” studiyasına baxış zamanı isə saxta əsginasların çap edildiyi skaner-printer, video-çəkiliş qeydlərinin aparıldığı “DVR” sistem bloku aşkar edilərək götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR