Azərbaycanda pul bazası azalıb

Azərbaycanda pul bazası azalıb
# 05 fevral 2014 12:42 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda manatla pul bazasının həcmi 2014-cü il fevralın 1-nə 11 037,5 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2013-cü il fevralın 1-nə nisbətən bu göstərici 1 195,3 mln. manat və ya 12,7% artıb.

Eyni zamanda, bu ilin yanvarında pul bazası 604,4 mln. manat və ya 5,2% azalıb. Ötən il ərzində yanvar, aprel və sentyabr aylarından başqa digər aylarda pul bazasının artımı müşahidə olunub.

Qeyd edək ki, pul bazasına dövriyyədə olan nağd pullar və kommersiya banklarının mərkəzi bankda saxlanılan vəsaitləri daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR