Ukraynanın baş naziri ölkənin şərqindəki 5 vilayətin rəhbərləri ilə görüşəcək

Ukraynanın baş naziri ölkənin şərqindəki 5 vilayətin rəhbərləri ilə görüşəcək
# 11 aprel 2014 03:50 (UTC +04:00)

Bakı-APA. Ukraynanın baş naziri Arseniy Yatsenyuk bu gün Donetsk və Dnepropetrovskda ölkənin şərqindəki 5 vilayətin rəhbərləri ilə görüşlər keçirəcək. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Nazirlər Kabinetinin saytında bildirilir.

Yatsenyuk Donetsk, Luqansk, Xarkov, Dnepropetrovsk və Zaporojye vilayətlərinin qubernatorları, merləri, güc strukturlarının rəhbərləri və sənaye müəssisələrinin nümayəndələri ilə görüşlər keçirəcək.

Görüşdə bölgələrdəki vəziyyət, hakimiyyətin mərkəzləşdirilməsi və Ukrayna konstitusiyasına düzəlişlər müzakirə ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR