Volqoqradda sərnişin avtobusundakı partlayışı kamikadze qadın törədib, ölənlərin sayı 6-ya yüksəlib

Volqoqradda sərnişin avtobusundakı partlayışı kamikadze qadın törədib, ölənlərin sayı 6-ya yüksəlib
# 21 oktyabr 2013 15:14 (UTC +04:00)

İstintaqın versiyasına əsasən partlayışı törədən qadın qanunsuz silahlı birləşmələrin rəhbərlərindən birinin həyat yoldaşı olub və bu yaxınlarda islamı qəbul edib. Adı açıqlanmayan qadın öz bədəninə bağladığı partlayıcı qurğunu avtobusun içində partladıb. Onun partlayıcını əl qumbarası ilə partlatdığı güman olunur. Qumbaranın qalıqları olay yerindən tapılıb.

Hadisə Moskva vaxtı ilə saat 14.45-də “Lesobaza” dayanacağı yaxınlığında baş verib. Partlayış nəticəsində 6 nəfər ölüb, 20 nəfər yaralanıb. “LiAZ” markalı avtobusda ümumilikdə 40-a yaxın adam olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR