TQDK daxili işlər orqanlarında vakant vəzifələrə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək - VİDEO

TQDK daxili işlər orqanlarında vakant vəzifələrə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək - <span style="color: red;">VİDEO
# 06 sentyabr 2013 08:39 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sentyabrın 10-da daxili işlər orqanlarında vakant vəzifələrə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək. APA-nın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının şöbə müdiri Natiq Əliyev keçirdiyi mətbuat konfransında deyib ki, sənədlərin qəbulu Daxili İşlər Nazirliyi tərəfindən aparılıb. Müsabiqədə iştirak etmək üçün 80 nəfərin namizədliyi qeydə alınıb. Onların hamısı hüquq istiqaməti üzrə imtahan verib.

Namizədlərə imtahanda iştirak etmək üçün “İmtahana buraxılış vərəqəsi” və “Yaddaş kitabçası” sentyabrın 5-dən etibarən təqdim olunub. İmtahanda namizədlərə 100 sualdan ibarət test kitabçası təqdim olunacaq. 80 sual qanunvericilik, 20 sual məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən sahə üzrə olacaq. Sualları cavablandırmaq üçün namizədlərə 3 saat vaxt verilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Test imtahanında 65 və daha çox bal toplayan namizədlər müsabiqənin yekun mərhələsinə-müsahibəyə buraxılırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR