Bakıda “Heydər Əliyev siyasəti: Tolerantlıq” kitabının təqdimatı keçirilib - FOTOSESSİYA

 Bakıda “Heydər Əliyev siyasəti: Tolerantlıq” kitabının təqdimatı keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 08 may 2015 08:53 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə “Heydər Əliyev siyasəti: Tolerantlıq” kitabının təqdimat mərasimini keçirib.

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən DQİDK-nin sədri Mübariz Qurbanlı bildirib ki, kitabda Heydər Əliyevin 1993-2003-cü illərdə dövlət-din münasibətləri, milli mənəvi dəyərlərin qorunması, tolerantlıq və multikulturalizm ideyalarını özündə əks etdirən çıxışları, nitqləri, görüşləri, təbrikləri əksini tapıb: “Azərbaycanda dövlət və din münasibətlərində Heydər Əliyev siyasəti uğurla həyata keçirilib və bu gün də prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkədə din, vicdan azadlığı, tolerantlığın qorunması vacib məsələlərdən biridir. Müstəqilliyin ilk illərində Azərbaycanda 17 məscid vardısa, bu gün onların sayı 2050-dir. Onlardan 1600-dən artıq məscid daimi xidmət göstərməkdədir”.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Hacı Salman Musayev bildirib ki, Heydər Əliyev müasir Azərbaycanın qurucusu, dövlətçiliyin banisidir. Onun sözlərinə görə, Azərbaycan tarixən çox konfessiyalı ərazi olub. Dini icmalar müxtəlif ölkələrdə çətinliklərlə üzləşdikləri halda Azərbaycanda rahat şəkildə yaşaya bilib.

Bakı Dağ Yəhudiləri icmasının sədri Milix Yevdayev, Rus Provaslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Elnur Əfəndiyev, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası Vladimir Fekete, Avropa Yəhudilərinin Bakı Dini icmasının sədri Gennadi Zelmanoviç, Azərbaycanın Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Səyyad Aran çıxış edərək Heydər Əliyevin Azərbaycanda dövlət-din münasibətləri, milli mənəvi dəyərlərin qorunması, tolerantlıq və multikulturalizm sahəsində həyata keçirdiyi işlər, əldə edilən uğurlar barədə danışıblar.

Tədbirin sonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini icmalar arasında ənənəvi olaraq təşkil etdiyi “Heydər Əliyev siyasəti və milli – mənəvi dəyərlərimiz” mövzusunda keçirilən məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR