Obama: “Vyana razılaşması Tehranla bağlı bütün məsələləri həll etmir” - VİDEO

Obama: “Vyana razılaşması Tehranla bağlı bütün məsələləri həll etmir” - <span style="color: red;">VİDEO
# 14 iyul 2015 13:44 (UTC +04:00)

APA-nın məlumatına görə, belə bir bəyanatla ABŞ prezidenti Barak Obama çıxış edib.

Yaxın Şərqdəki tərəfdaşların, o cümlədən İsrail və körfəz ölkələrinin İranın terrorçuluğu dəstəkləməsi ilə bağlı narahatlığını bölüşdüyünü deyən ABŞ prezidenti qeyd edib ki, Vaşinqton Tehrana qarşı sanksiyaları qüvvədə saxlayacaq. Onun sözlərinə görə, həmin sanksiyalar insan haqlarının pozulması və ballistik raketlərin hazırlanması proqramı ilə bağlıdır.

Obama həmçinin administrasiyasının İsrailin təhlükəsizliyinin qorunması istiqamətindəki səylərini önə çəkib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR