Göygöldə iki avtomobil toqquşub, qardaş-bacı ağır yaralanıb

Göygöldə iki avtomobil toqquşub, qardaş-bacı ağır yaralanıb
# 15 may 2015 10:06 (UTC +04:00)

Göygöl. Azər Məmmədli-APA. Azərbaycanın Göygöl rayonunda bacı və qardaşın xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə mayın 15-də saat 11.00 radələrində rayonun Yeni Qızılca kəndində qeydə alınıb. Daşkəsən rayon Bayan kənd sakini, 1997-ci il təvəllüdlü Ruslan Məhərrəmovun idarə etdiyi “VAZ21011” markalı avtomobillə “Ural” markalı yük avtomobili toqquşub. Nəticədə “VAZ21011”-in sürücüsü və onun bacısı, 1995-ci il təvəllüdlü Ayşən Məhərrəmova yaralanaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.


Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR