Novak: "Türk axını"nın tikintisi ilə bağlı saziş Türkiyədə yeni hökumət qurulandan sonra imzalanacaq"

Novak: "Türk axını"nın tikintisi ilə bağlı saziş Türkiyədə yeni hökumət qurulandan sonra imzalanacaq"
# 04 sentyabr 2015 10:50 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Türkiyədə yeni hökumətin formalaşacağına qədər "Türk axını” qaz kəməri layihəsinin inşası ilə bağlı hər hansı hökumətlərarası saziş imzalanmayacaq".

APA-Economics”in RİA “Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.

"Biz sabah da danışıqları davam etdirməyə və hökumətlərarası sazişə düzəlişlərin edilməsinə hazırıq. Ancaq mənim fikrimcə, çətin ki, onlar bunu seçkilərə, yəni yeni hökumətin formalaşacağına qədər etsinlər”, - deyə nazir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR