Türkiyədə Süleyman Dəmirəl Demokratiya və İnkişaf Muzeyinin açılış mərasimi keçirilib - FOTOSESSİYA

Türkiyədə Süleyman Dəmirəl Demokratiya və İnkişaf Muzeyinin açılış mərasimi keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 27 oktyabr 2014 15:57 (UTC +04:00)

Bakı – APA. Oktyabrın 26-da Türkiyənin Isparta vilayətinin İslamköy kəndində Süleyman Dəmirəl Demokratiya və İnkişaf Muzeyinin açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikasının dövlət rəsmiləri və ziyalılarından ibarət nümayəndə heyəti, Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, nazirlər, ölkədə fəaliyyət göstərən siyasi partiyaların, Ankaradakı diplomatik korpusun rəhbərləri, xarici ölkələrdən gəlmiş prezidentlər, sabiq dövlət başçıları, görkəmli şəxsiyyətlər, elm və mədəniyyət xadimləri iştirak ediblər. Azərbaycanın Türkiyədəki səfirliyindən APA-ya verilən məlumata görə, mərasim çərçivəsində Azərbaycan Respublikası Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov prezident İlham Əliyevin təbrik məktubunu Süleyman Dəmirələ təqdim edib.

Muzey kompleksində Süleyman Dəmirəlin gənclik illərini, Türkiyənin sosial-iqtisadi həyatında baş verən tərəqqini, dövlət başçısı kimi qazandığı siyasi nailiyyətləri əks etdirən eksponatlar toplanıb. Burada həmçinin ona verilən hədiyyələr də yer alıb. Heydər Əliyev və Süleyman Dəmirəlin dostluq-qardaşlıq münasibətlərindən bəhs edən fotoşəkillər, Azərbaycan prezidenti İlham Əliyevlə birlikdə çəkdirdiyi xatirə fotoları, kitab və jurnallar, Azərbaycandan aldığı dövlət mükafatları muzey binasında xüsusi bölmədə nümayiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR