Yəməndə üsyançı husilər hərbi bazada partlayış törədib: 15 hərbçi ölüb, 20-si yaralanıb

Yəməndə üsyançı husilər hərbi bazada partlayış törədib: 15 hərbçi ölüb, 20-si yaralanıb
# 08 avqust 2015 21:40 (UTC +04:00)

Bakı-APA. Yəməndə üsyançı husilərin hərbi bazada törətdiyi partlayış nəticəsində 15 hərbçi ölüb, 20-si yaralanıb. APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, insident Labuza şəhərində axşam saatlarında baş verib. Məlumata görə, üsyançı husilər hərbi bazanın ərazisində minalanmış avtomobili partladıblar.

Partlayış hərbçilər şəhəri üsyançılardan azad etdikdən bir neçə saat sonra törədilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR