Bank Of Baku

Soyğunçuluqda təqsirləndirilən güləş üzrə Avropa çempionu haqqında psixiatrik ekspertiza rəyi açıqlanıb

Soyğunçuluqda təqsirləndirilən güləş üzrə Avropa çempionu haqqında psixiatrik ekspertiza rəyi açıqlanıb
# 12 iyun 2018 11:49 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Azərbaycanın sərbəst güləş üzrə Avropa çempionu olmuş Anar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

APA-nın xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin hadisəni törədərkən anlaqlı vəziyyətdə olub-olmamasını araşdırmaq üçün məhkəmə psixatrik ekspertizasının rəyi açıqlanıb.

 

Rəydə qeyd edilib ki, A. İsmayılov hadisəni törədərkən anlaqlı vəziyyətdə olub.

 

Məhkəmənin növbəti prosesi iyunun 21-nə təyin edilib.

 

Qeyd edək ki, idmançı Cinayət Məcəlləsinin 180.1 (Soyğunçuluq) maddəsi ilə ittiham edilir. Barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

 

Xatırladaq ki, A. İsmayılov 2003-cü ildə yeniyetmələr arasında sərbəst güləş üzrə Makedoniyanın paytaxtı Skopye şəhərində keçirilən Avropa çempionatında 54 kq çəki dərəcəsində qızıl medal qazanıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR