Hörmüz boğazında maye qaz daşıyan tanker hədəfə alınıb.
APA xəbər verir ki, bu barədə SEPAH-ın Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Bildirilib ki, “Sunshine” adlı gəmi Hörmüz boğazının cənub hissəsində qeyri-qanuni marşrutdan istifadə edərək keçməyə cəhd göstərərkən hədəfə alınıb və nəticədə gəminin mühərrik olan hissəsində yanğın baş verib.
SEPAH bu eskalasiyaların məsuliyyətinin birbaşa ABŞ-ın üzərinə düşdüyünü vurğulayıb.
Əlavə edilib ki, qeyri-qanuni marşrutlardan istifadə edən gəmilərin hədəfə alınması təkcə Hörmüz boğazı ilə məhdudlaşmayacaq və ümumilikdə, bütün regionda bu cür marşrutlarda üzən tankerlər təqibə məruz qalacaq.