Husilər Qırmızı dənizdə Səudiyyə Ərəbistanına məxsus hərbi yük gəmisini hədəfə alıb.
APA xəbər verir ki, bu barədə husilər məlumat yayıb.
Məlumata görə, Qırmızı dənizdə əl-Moxa limanı sahillərində hərbçilər və silah daşıyan Səudiyyə Ərəbistanına məxsus gəmi, eləcə də 4 qayıq ballistik raketlərlə vurulub.
Qeyd olunub ki, zərbə nəticəsində baş verən yanğın bütün gəmini əhatə edib, qayıqlar batıb və ya yanıb.
Xatırladaq ki, Yəmənin əl-Moxa limanı husilərin hücumları səbəbindən fəaliyyətini dayandırıb.