Yəmənin “Ənsar Allah” hərəkatının husiləri Moça şəhəri yaxınlığında Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinə ballistik raketlə hücum ediblər.
APA xəbər verir ki, bu barədə husi hərbi birləşmələrinin sözçüsü Yəhya Səriyə məlumat verib.
"Yəmən silahlı qüvvələri çoxlu sayda ballistik raketdən istifadə edərək Moça yaxınlığında Səudiyyə Ərəbistanının qoşun cəmləşmələrinə və silahlarına, eləcə də muzdlu gəmilərinə hücum edə biliblər", - husilərin sözçüsü deyib.
Onun sözlərinə görə, zərbə nəticəsində onlarla hərbçi həlak olub və yaralanıb, həmçinin onların gəmiləri və silahları məhv edilib.