Bakı-APA. Böyük Britaniyada keçirilən referendumun nəticələri Kemeronun səhvidir.
APA-nın "Euronews"-a istinadən məlumatına görə, bunu Avropa Birliyinin informasiya cəmiyyəti məsələləri üzrə komissarı Günter Ettinqer bəyan edib.
“Xatırlatmaq istərdim ki, fevral ayında referendumla bağlı Avropa liderlərinin razılığına alanda o nə etdiyini gözəl bilirdi. Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxması ölkəyə iqtisadiyyatına ciddi ziyan vuracaq. Referendumun nəticələrinə görə Böyük Britaniya vahid Avropa bazarını tərk edir. Bu isə o deməkdir ki, ölkə üçün qaydalar artıq fərqli olacaq. Başqa cür ola da bilməz”, deyə G.Ettinqer bildirib.