Lənkəran Dövlət Dram Teatrında yeni tamaşanın premyerası olub - FOTOSESSİYA

Lənkəran Dövlət Dram Teatrında yeni tamaşanın premyerası olub - <span style="color: red;">FOTOSESSİYA
# 12 mart 2015 16:48 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında Sultan Məcid Qənizadənin “Xor-xor” vodevilinin motivləri əsasında hazırlanmış yeni tamaşanın premyerası olub.

APA-nın cənub bürosunun məlumatına görə, maraqla qarşılanan bu səhnə əsərinin quruluşçu-rejissoru, respublikanın əməkdar artisti Təvəkkül Əliyev, səhnə tərtibatçısı rəssam Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.

Rolları Niftulla Əsgərov, Hikmət Cəfərov, Emin Fərzullayev, Gülər Kərimova, Əli Rəhimli və Ülkər Quliyeva ifa ediblər.

Hazırda teatrın quruluşçu-rejissoru, əməkdar artist Adil Zeynalov rus dramaturqu Lev Korsunskinin “Kələkbaz” komediyasının məşqlərini aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR