Şəkidə iki avtomobil toqquşub, xəsarət alanlar var

Şəkidə iki avtomobil toqquşub, xəsarət alanlar var
# 01 sentyabr 2014 07:20 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəki rayonunda iki avtomobilin toqquşması nəticəsində dörd nəfər xəsarət alıb.

Şəki şəhər-rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yol qəzası Şəki-Qax yolunun Şəki rayonunun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində baş verib. 1971-ci il təvəllüdlü, Mingəçevir şəhər sakini Tofiq Əhmədovun idarə etdiyi “VAZ-21010” markalı, 10 OZ 442 dövlət nömrə nişanlı avtomobillə 1962-ci il təvəllüdlü, Şəki şəhər sakini Valeh İbrahim oğlu İbrahimovun idarə etdiyi “Lada Priora” markalı, 55 BN 030 dövlət nömrə nişanlı avtomobil toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü və Valeh İbrahimovun avtomobilində olan sərnişinlər - 1986-cı il təvəllüdlü, Qax rayonu Turaclı kənd sakini Şahlar Bəşirov və 1985-ci il təvəllüdlü, Qax rayonu Almalı kənd sakini Rəşad İbrahim oğlu Nəsibov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar. Şəki RMX-dan APA-ya verilən məlumata görə, qəza nəticəsində xəstəxanaya daxil olan yaralılardan Tofiq Əhmədov, Valeh İbrahimov və Rəşad Nəsibovun vəziyyətləri orta-stabil hesab olunur. Şahlar Bəşirovun xəsarəti yüngül olduğundan ona ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb. Faktla bağlı Şəki ŞRPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR