Ukrayna hakimiyyəti Donbass bölgəsinin ayrı-ayrı rayonlarının statusu haqqında qanun layihəsi hazırlayıb

Ukrayna hakimiyyəti Donbass bölgəsinin ayrı-ayrı rayonlarının statusu haqqında qanun layihəsi hazırlayıb
# 10 sentyabr 2014 10:03 (UTC +04:00)

APA-nın “112 Ukraina” telekanalına istinadən verdiyi məlumata görə, bunu Ukrayna prezidenti Petro Poroşenko Nazirlər Kabinetinin iclasında deyib. O bildirib ki, qondarma “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın adları sənəddə əksini tapmayıb.

Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarında yerli idarəetmənin müvəqqəti qaydaları haqqında qanun layihəsi bu rayonların Ukrayna dövləti tərkibində statusunu müəyyən edir. P. Poroşenko gələn həftə layihəni parlamentə təqdim edəcəklərini açıqlayıb: “Bu layihə həmin rayonların Ukraynanı suverenliyi altına sülh yolu ilə qayıtmasını təmin edir. Mən xahiş edirəm ki, bu qanun layihəsinə dəstək verilsin və biz sülh prosesini pozmayaq. Güman ki, növbədənkənar seçkilərdə Donetsk və Luqansk sakinlərinin seçəcəyi deputatlar bizi məmnun etməyəcək. Lakin siyasətin seçki bülletenləri ilə müəyyənləşdirilməsi avtomat və “Qrad” atəşləri ilə müəyyən edilməsindən daha yaxşı deyilmi? Bu yolun alternativi yoxdur”.

P. Poroşenko onu da qeyd edib ki, Ukrayna Rusiya təhlükəsi şəraitində yaşamağa alışmalıdır: “Təəssüf ki, bu, uzunmüddətli hərbi təhlükədir və hazırkı böhran aradan qalxsa belə, bu təhlükə keçməyəcək. Ona görə də belə şəraitdə yaşamağa öyrəşməliyik. Bizim strateji planlaşdırmamızın üfüqləri aylar və illəri yox, onillikləri əhatə edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR