Paşha Bank
Bank Of Baku

İran ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpası üçün yeddi günlük plan təqdim edib

İran ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpası üçün yeddi günlük plan təqdim edib
# 26 sentyabr 2026 00:31 (UTC +04:00)

İran ABŞ-a Hörmüz boğazında normal gəmiçiliyin bərpasını nəzərdə tutan yeddi günlük plan təqdim edib.

APA xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

Əraqçinin sözlərinə görə, yeddi günlük müddət ABŞ-ın planı qəbul etdiyi andan başlayacaq. Müəyyən edilmiş şərtlər yerinə yetirilərsə, yeddinci gün Hörmüz boğazının açılması və Vaşinqtonla danışıqların bərpası nəzərdə tutulur.

İran XİN rəhbəri Tehranın Hörmüz boğazından azad və təhlükəsiz gəmiçiliyə sadiq olduğunu bildirib. Onun sözlərinə görə, boğazda təhlükəsizliyin hərbi əməliyyatlar vasitəsilə bərpası mümkün deyil.

İranın təklifinin detalları ilə bağlı müxtəlif məlumatlar yayılıb.

“Reuters” daha əvvəl planın ABŞ-nin hərbi təzyiqinin azaldılması və İran limanlarına tətbiq edilən blokadanın aradan qaldırılması kimi şərtləri ehtiva etdiyini bildirmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR