Bank Of Baku

Qazaxda avtomobil aşıb, xəsarət alanlar var

Qazaxda avtomobil aşıb, xəsarət alanlar var
# 03 iyul 2018 04:44 (UTC +04:00)

Qazaxda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun Qazax rayonu Çaylı kəndi ərazisindən keçən hissəsində baş verib.

 

Hərəkətdə olan “Mercedes Vito” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində iki nəfər -  Gəncə şəhər sakini, 1986-cı il təvəllüdlü Bağırov Eşqin Tofiq oğlu və onun həyat yoldaşı, 1992-ci il təvəllüdlü Bağırova Şərqiyyə İlqar qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR