Hirkan Milli Parkında baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Hirkan Milli Parkında baş vermiş yanğın söndürülüb - <span style="color: red;">YENİLƏNİB
# 13 avqust 2014 17:55 (UTC +04:00)

Bakı-APA. Avqustun 13-ü saat 16 radələrində Hirkan Milli Parkının Sefidor meşəbəyliyinin 24-cü dolayında baş vermiş yanğın söndürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın APA-ya verdiyi məlumata görə, Hirkan qoruğunda baş vermiş yanğın 20:30 radələrində söndürülüb. Yanğının söndürülməsinə FHN-nin canlı qüvvəsi, yerli qurumların əməkdaşları və 1 helikopter cəlb edilib.

İlkin hesablamalara əsasən, yanğın yarım hektardan artıq ərazini əhatə edib.

**** 18.10

Bakı. Gülnar Bəşirova - APA. Avqustun 13-ü saat 16 radələrində Hirkan Milli Parkının Sefidor meşəbəyliyinin 24-cü dolayında yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın APA-ya verdiyi məlumata görə, naməlum səbəblərdən baş verən yanğının söndürülməsinə ETSN əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və helikopteri cəlb olunub.

İ. İbrahimova bildirib ki, ərazi dağlıq sahə olduğundan ETSN-in əməkdaşları yanğının qarşısının alınması üçün mümkün olan bütün vasitələrdən istifadə edir. Yanğın 40 sota yaxın sahəni əhatə edib.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ tədbirlər həyata keçirilir.

ETSN havaların isti və quraq keçməsi ilə əlaqədar bir daha əhalini təbiətdə olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR