® "Səba" şirkəti müştərilərinə müraciət edib - FOTOSESSİYA

<font color=red>® </font> "Səba" şirkəti müştərilərinə müraciət edib  - <span style="color: red;">FOTOSESSİYA
# 23 iyul 2014 07:30 (UTC +04:00)

APA-Economics”in məlumatlna görə, ənənəvi olaraq hər ay keçirilən və sayca 4-cü olan bu aksiya Bakı və Abşeronun 235 marketini əhatə etdi və 50 mindən çox səxavət payı paylanıb.

Ümumiyyətlə yüksək səviyyədə keçən bu xoşməramlı tədbirin bəzi marketlərdən narazılıq doğuran şikayətlərə səbəb olması “Səba”nı narahat edib və şirkət alıcılarına müraciət ünvanlayıb.

Müraciətdə şirkət alıcıları marketlərə qarşı tələbkar olmağa çağırıb: «Səba hər «Səxavət Günü”ndən bir gün əvvəl aksiyada iştirak edən mağazaların adları və onlara veriləcək payın miqdarını ölkənin aparıcı mediasında yayımlayır. Bunu etməkdə məqsədimiz aksiyanın şəffaflığını təmin etmək və səxavət payını öz əsas ünvanına – “Səba” alıcılarına çatdırmaqdır. Atdığımız operativ addımlara baxmayaraq, təəssüf ki, bəzi marketlərin sizə xeyli az miqdarda pay aldıqlarını bildirmələri barədə bizə məlumatlar daxil olur. Qeyd edək ki, pay məhsulun miqdarı aksiyada iştirak edən marketlərdə “Səba” məhsullarına gündəlik tələbat əsasında müəyyənləşdirilib verilir. Ona görə də hər hansı marketə getməzdən əvvəl həmin ticarət obyektinin nə qədər pay alacağını öncədən yaydığımız siyahıda izləyin. Bu, bəzi mağazalarda sizin yanlış məlumatlandırılmanızın qarşısını alar və Səxavət payının alıcılarımıza çatmasına kömək olar”.

“Səba” alıcılarından “Səxavət günü” ilə bağlı marketlərdə rastlaşdıqları pozuntularla bağlı müraciətlərini “Səba”nın “Facebook” səhifəsinə https://www.facebook.com/SABA.Azerbaycan göndərmələrini xahiş edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR