Paşha Bank
Bank Of Baku

İran yeraltı raket bazasında yeni buraxılış qurğusunu nümayiş etdirib

İran yeraltı raket bazasında yeni buraxılış qurğusunu nümayiş etdirib
# 22 noyabr 2026 18:09 (UTC +04:00)

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) eyni vaxtda iki maye yanacaqlı raket buraxmaq imkanına malik olduğu bildirilən yeni qurğunu təqdim edib.

APA xəbər verir ki, İran dövlət televiziyası SEPAH-ın yeraltı raket obyektindən görüntülər yayımlayıb.

Kadrlarda iki raketin buraxılması üçün nəzərdə tutulmuş yeni qurğu nümayiş etdirilib. Bildirilib ki, İran daha əvvəl eyni vaxtda iki bərk yanacaqlı raket buraxa bilən sistemdən istifadə edib.

Maye yanacaqlı raket mühərrikləri müəyyən texniki şəraitdə uçuş sürətinin və trayektoriyasının tənzimlənməsinə imkan verir.

SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı, briqada generalı Seyid Məcid Musəvi ölkənin hərbi imkanlarının əhəmiyyətli dərəcədə genişləndiyini bildirib.

“Biz döyüş strukturumuza gözlənilməz və yüksək effektivliyə malik vasitələr inteqrasiya etmişik”, – deyə Musəvi qeyd edib.

Yeni qurğunun texniki göstəriciləri və əməliyyat imkanları barədə əlavə məlumat açıqlanmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR