Paşha Bank
Bank Of Baku

İran hava məkanına daxil olan kəşfiyyat PUA-sını vurduğunu açıqlayıb

İran hava məkanına daxil olan kəşfiyyat PUA-sını vurduğunu açıqlayıb
# 22 noyabr 2026 12:19 (UTC +04:00)

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin hava məkanına daxil olan kəşfiyyat pilotsuz uçuş aparatının (PUA) vurulduğunu açıqlayıb.

APA “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə SEPAH bəyanat yayıb.

Bildirilib ki, SEPAH-ın Aerokosmik Qüvvələrinin hava hücumundan müdafiə bölmələri yeni hava hücumundan müdafiə sistemindən istifadə edərək PUA-nı aşkar edib və məhv edib.

Məlumata görə, pilotsuz uçuş aparatı İranın hava məkanını pozduqdan sonra Fars körfəzinin şimalında, Buşehr əyalətinin sahilləri yaxınlığında vurulub.

SEPAH İranın hava məkanının pozulmasına yol verilməyəcəyini bəyan edib və bu cür hallara qarşı cavab tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq edib.

PUA-nın hansı ölkəyə məxsus olduğu və modeli barədə məlumat verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR