Balakəndə avtomobil ağaca çırpılıb, ölən var

Balakəndə avtomobil ağaca çırpılıb, ölən var
# 13 aprel 2015 07:32 (UTC +04:00)

Balakən. Vüqar Heydərov - APA. Balakəndə ölümlə nəticələnən ağır yol qəzası baş verib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakən rayonu Poçtbinə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Balakən rayon sakini, 1974-cü il təvəllüdlü Elxan Əzizxan oğlu Hacıyev “VAZ 2106” markalı, 08 BC 223 dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək maşını yolun kənarındakı ağaca çırpıb. Qəza nəticəsində Elxan Hacıyev aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR