Azərbaycanda seçki kampaniyalarına təsir etmə və seçkiləri pozma ilə bağlı cəzalar sərtləşdirilir

Azərbaycanda seçki kampaniyalarına təsir etmə və seçkiləri pozma ilə bağlı cəzalar sərtləşdirilir
# 24 aprel 2013 10:10 (UTC +04:00)

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinin 159.1 və 160.1 maddələrinə dəyişikliklər müzakirəyə çıxarılır.

Layihəyə əsasən 159.1 maddəsinə təklif edilən dəyişikliyə görə, namizədlərin, partiyaların, siyasi partiyalar bloklarının seçki (referendum) kampaniyalarına müdaxilə etmə və ya onu pozma 200 manatdan 600 manatadək miqdarda cərimə və ya 400 saatdan 480 saatadək ictimai işlər və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

160.1. maddəsinə təklif edilən dəyişiklikdə isə seçki (referendum) komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə və ya seçki komissiyası üzvünün öz vəzifələrini yerinə yetirməsi ilə bağlı fəaliyyətinə müdaxilə etmə də 200 manatdan 600 manatadək miqdarda cərimə və ya 400 saatdan 480 saatadək ictimai işlər və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulub.

Layihə Milli Məclisin 30 aprel iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, hər iki maddənin hazırda qüvvədə olan maddəsinə görə, 150 saatdan 240 saatadək ictimai işlər verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR