İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hörmüz boğazı yaxınlığında keçirdiyi əməliyyat zamanı İranın Qəşm adasında iki partlayış baş verib.
Bu barədə “Tasnim” xəbər agentliyi mənbələrə istinadən məlumat yayıb.
"Qəşm adasında eşidilən iki partlayışa Hörmüz boğazının girişi yaxınlığında hədəfləri zərərsizləşdirmək üçün aparılan əməliyyat səbəb olub", - məlumatda bildirilir.
Partlayışlarla bağlı hələ ki, rəsmi məlumat verilməyib.