Zaqatalada iki uşağı it dişləyib

Zaqatalada iki uşağı it dişləyib
# 13 iyun 2016 08:08 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Zaqatalada bir gündə ikisi azyaşlı olmaqla üç nəfəri it dişləyib.

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, iyunun 12-də günün ikinci yarısından sonra ikisi azyaşlı olmaqla üç nəfər Dağlı kənd sakini, Aşağı Tala kənd sakini Tural Oruc oğlu Məmmədov, Aşağı Tala kənd sakini, 2004-cü il təvəllüdlü Şamil Əfqan oğlu Aslanov və 1987-ci il təvəllüdlü Elşən Qurban oğlu Şirinov it dişləməsi xəsarəti ilə xəstəxanaya müraciət ediblər.

Onlara lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra evə buraxılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR