Bank Of Baku

Xaçmazda avtomaşın dirəyə çırpılıb, xəsarət alanlar var

Xaçmazda avtomaşın dirəyə çırpılıb, xəsarət alanlar var
# 09 iyun 2019 23:46 (UTC +04:00)

Xaçmaz rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında Xudat-Yalama yolunda qeydə alınıb.

Hərəkətdə olan nəqliyyat vasitəsi yoldan çıxaraq dirəyə çırpılıb. Qəza nəticəsində 2 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər - 1968-ci il təvəllüdlü Qafarov Azər İbrahim oğlu və 1978-ci il təvəllüdlü Musayev Elbrus Ramaləddin oğlu Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR