Xaçmaz rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında Xudat-Yalama yolunda qeydə alınıb.
Hərəkətdə olan nəqliyyat vasitəsi yoldan çıxaraq dirəyə çırpılıb. Qəza nəticəsində 2 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər - 1968-ci il təvəllüdlü Qafarov Azər İbrahim oğlu və 1978-ci il təvəllüdlü Musayev Elbrus Ramaləddin oğlu Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.