Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb
# 04 iyul 2016 10:35 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. İyulun 5-də Bakı və Abşeron yarımadasında şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 28-33, Bakıda gecə 21-23, gündüz 30-32 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında səhər və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağıntıların intensiv olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR