Putin və Obama Dağlıq Qarabağ münaqişəsini müzakirə edib - YENİLƏNİB

Putin və Obama Dağlıq Qarabağ münaqişəsini müzakirə edib - <span style="color: red;">YENİLƏNİB
# 06 iyul 2016 22:45 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidenti Barak Obama Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsinə dair Rusiya ilə birgə səyləri gücləndirməyə hazır olduğunu bildirib.

APA-nın məlumatına görə, bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir.

"Prezident Obama Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həllinə nail olmaq üçün Rusiya və Fransa ilə birlikdə ATƏT-in Minsk qrupunun həmsədrləri qismində səylərini artırmağa hazır olduğunu bildirib", məlumatda deyilir.

***

22:34

Bakı-APA. Bu gün Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Barak Obama arasında telefon danışığı olub.

APA-nın Kremlin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, telefon danışığı Rusiyanın təşəbbüsü ilə baş tutub.

Məlumata görə, ABŞ prezidenti Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Rusiyanın səylərini yüksək qiymətləndirib.

Vladimir Putin iyunun 20-də Sankt-Peterburqda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın iştirakı ilə keçirilən üçtərəfli görüşün yekunlarına dair Barak Obamanı məlumatlandırıb.

"Vladimir Putin vurğulayıb ki, Rusiya görüşü təşkil etməklə münaqişə zonasında vəziyyətin sabitləşməsi və sülh prosesində irəliləyişə nail olunması üçün şəraitin yaradılmasının vacibliyinə əsaslanıb. Barak Obama Rusiyanın səylərini yüksək qiymətləndirib”, məlumatda deyilir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR