Kəmaləddin Heydərov Ucarda vətəndaşları qəbul edəcək

Kəmaləddin Heydərov Ucarda vətəndaşları qəbul edəcək
# 06 iyul 2016 07:13 (UTC +04:00)

Bakı - APA. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 8 iyul 2016-cı il tarixində Ucar şəhərində Heydər Əliyev Mərkəzində saat 10.00-dan vətəndaşların qəbulu keçiriləcək.

Fövqəladə Hallar Nazirliyinin (FHN) qəbulda Ucar, Zərdab, Kürdəmir, Göyçay rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Heydər Əliyev Mərkəzində (ünvan: Ucar şəhəri, Heydər Əliyev prospekti 153) 7 iyul 2016-cı il tarixində saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR