FHN Nabranda 2 nəfərin dənizdə batması ilə bağlı məlumat yayıb

FHN Nabranda 2 nəfərin dənizdə batması ilə bağlı məlumat yayıb
# 25 iyul 2014 00:53 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyi iyulun 24-də Xaçmazda iki nəfərin dənizdə batması ilə bağlı məlumat yayıb. APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Xaçmaz rayonu, Nabran qəsəbəsində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 1500 metr aralı, nəzarət olunmayan ərazidə) 1971-ci il təvəllüdlü Kərim Qədir oğlu Şirinov və 1998-ci il təvəllülü Bəhram Rəfail oğlu Həmzəyev batıblar. nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. K.Şirinov və B.Həmzəyevin cəsədləri batdıqları yerdən xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR