Xaçmaz şəhərində yaşayış evi yanıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, şəhərin Əli Bayramov küçəsində 2 mərtəbəli yaşayış evində başlayıb. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Yanğından Mühafizə hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Alovun daha geniş əraziyə keçməsinin qarşısı alınıb.
Yanğının səbəbləri araşdırılır.