Prezident: “Azərbaycanın irəli sürdüyü təşəbbüs və layihələr regionun hüdudlarını aşıb” - VİDEO

Prezident: “Azərbaycanın irəli sürdüyü təşəbbüs və layihələr regionun hüdudlarını aşıb” - <span style="color: red;">VİDEO
# 18 may 2015 22:04 (UTC +04:00)

“Bu gün Azərbaycan beynəlxalq ictimaiyyətin nüfuzlu üzvüdür, regional müstəvidə çox müsbət rol oynayır. Bizim təşəbbüslərimiz regional əməkdaşlığın gücləndirilməsinə istiqamətləndirilib. Enerji təhlükəsizliyi ilə bağlı siyası və iqtisadi məsələlər diqqət mərkəzindədir”.

APA-nın məlumatına görə, bu barədə Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanın irəli sürdüyü təşəbbüs və layihələr regionun hüdudlarını aşıb: “Bu layihələr ölkələri və qitələri birləşdirir. Enerji təhlükəsizliyi məsələsinə nəzər saldıqda aydın görünür ki, Azərbaycan burada artıq Avropanın enerji təhlükəsizliyi üçün mühüm rol oynayır. Nəqliyyat infrastrukturuna gəldikdə, biz bu gün tarixi İpək Yolunu bərpa edirik. Asiya və Avropa arasında yeni dəmir yolu əlaqəsini yaradırıq. Biz təkcə iqtisadi inkişafa və daha təkmil nəqliyyat infrastrukturuna deyil, xalqlararası təmaslara sərmayə yatırırıq”.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanın təbii sərvətlərinə və potensialına əsaslanan iqtisadi siyasət müstəqilliyin ilk illərində müəyyənləşdirilən məqsədlərə nail olmağa imkan verib: “Bu da iqtisadi müstəqillik idi. Bizim xarici borcumuz olduqca aşağı səviyyədədir - ümumi daxili məhsulun 10 faizinə bərabərdir. Yəni, biz donorlardan, sponsorlardan, ianələrdən və beynəlxalq maliyyə qurumlarının yardımlarından asılı deyilik. Halbuki biz onlarla çox fəal əməkdaşlıq edirik. Biz ölkəmizin enerji təhlükəsizliyini maksimum dərəcədə təmin edə bilmişik və bu gün biz digərlərinin enerji təhlükəsizliyini təmin edirik. Həmçinin işsizlik və yoxsulluq kimi sosial məsələlər həll olunur. Burada çox müsbət dinamika görürük. Bu gün Azərbaycan yoxsulluq və işsizliyin ən aşağı səviyyədə olduğu ölkələrdəndir. Bu göstərici 5 faizə bərabərdir. Təbii ki, bu da cəmiyyətdə müsbət dinamika yaradır. Bu amillərin birləşməsi Azərbaycanın əhəmiyyətinin artırılmasında vacib rol oynayır. Əlbəttə ki, daha çox diqqəti daxili məsələlərə yönəldirik”.

Prezident İlham Əliyev bildirib ki, inkişaf etmiş dövlətə çevrilmək üçün görüləcək işlər çoxdur: “Halbuki Davos İqtisadi Forumunun qiymətləndirməsinə əsasən iqtisadiyyatın rəqabətqabiliyətliliyinə görə Azərbaycan dünyada 38-ci yerdədir. Buna isə təbii sərvətlər hesabına yox, islahatlar hesabına nail olunub. Bununla yanaşı, biz xalqları daha da yaxınlaşdıran müxtəlif layihələrin təşəbbüskarıyıq. Bunlar enerji, iqtisadiyyat, siyasi əlaqələr sahələrinə, habelə humanitar sektora aiddir. Biz hər il Bakıda Beynəlxalq Humanitar Forum, Dünya Dini Liderlərinin Zirvə Görüşünü təşkil edirik. Bugünkü Forum da artıq üçüncü dəfədir təşkil edilir”.

Dövlət başçısı xatırladıb ki, bir aydan da az vaxtdan sonra Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi edəcək. “2012-ci ilin sonunda qəbul edilmiş qərar çox müdrik qərar idi. Həcminə görə Yay Olimpiya Oyunlarına bərabər oyunların 2 il yarım müddətdə təşkil edilməsi böyük çağırış idi. Avropa Olimpiya Komitəsinin dünyada ilk Avropa Oyunlarının müsəlman əhaliyə malik Azərbaycanda keçirilməsi ilə bağlı qərarı son illər qəbul edilmiş ən müdrik qərarlardan biridir. Biz 6000 Avropa idmançısını bir araya gətirəcəyik. Artıq hazırlıq prosesinin yekun mərhələsindəyik. Bu, yalnız böyük idman tədbiri deyil, həm də dostluq və tərəfdaşlıq tədbiri olacaq. Bizim üçün isə bu, təbii ki, ölkəmizi və qonaqpərvərliyimizi nümayiş etdirmək baxımından yaxşı fürsət olacaq. İki ildən sonra isə biz İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik. Yəni, iki il ərzində eyni ölkədə, eyni şəhərdə həm Avropa, həm də İslam Həmrəyliyi Oyunları keçiriləcək. Hesab edirəm ki, iki il ərzində hər iki oyunun eyni ölkədə təşkil edilməsi Avropa idman tarixində nadir hal olacaq".

Prezident İlham Əliyev qeyd edib ki, 2008-ci ildə Azərbaycanın təşəbbüsü ilə “Bakı prosesi” başlayıb: “Bizim təşəbbüsümüz idi ki, Avropa Şurasının mədəniyyət nazirlərinin iclasına İslam Əməkdaşlıq Təşkilatının nazirləri dəvət edilsin. Bu, ilk belə hal idi. Çünki Azərbaycan hər iki təşkilata üzv olan azsaylı ölkələrdəndir. Daha sonra - 2009-cu ildə İslam Əməkdaşlıq Təşkilatı mədəniyyət nazirlərinin iclasına Avropa Şurası mədəniyyət nazirləri dəvət edildi. Bunlar bizim təşəbbüslərimiz idi və artıq buna “Bakı prosesi” adı verilib. Bu gün mədəniyyətlərarası və sivilizasiyalararası dialoq, multikulturalizmə aid məsələlər “Bakı prosesi”nə daxildir. Biz səylərimizi davam etdirəcəyik və 100-dən artıq dövlətdən olan nümayəndələrin Bakıya səfər edərək bu mühüm məsələləri müzakirə etməsi bizdə məqsədlərimizə nail olmaqla bağlı ruh yüksəkliyi yaradır. Biz dostluq, sülh, tərəfdaşlıq və mədəni müxtəliflik məsələlərinə töhfəmizi verməyə calışacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR