Lənkəran və Qubada yay məktəbləri təşkil edilib

Lənkəran və Qubada yay məktəbləri təşkil edilib
# 18 iyul 2016 14:35 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində həyata keçirilən yay məktəbi layihəsi davam edir. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, iyulun 13-dən start verilən layihə çərçivəsində Lənkəran və Quba şəhərlərində 100-dən çox şagirdin iştirakı ilə yay məktəbləri təşkil olunub.

Hər iki rayonda keçirilən yay məktəbinin açılış mərasimində Təhsil Nazirliyinin əməkdaşları, rayon təhsil şöbələrinin, tərəfdaş qurumların nümayəndələri, KİV təmsilçiləri iştirak edib. Tədbirdə layihə haqqında məktəblilərə məlumat verilib, proqramın şagirdlər üçün əhəmiyyətindən danışılıb. Layihədə sözügedən bölgələrin akademik göstəriciləri zəif olan məktəblərin şagirdləri iştirak edib. Şagirdlər qruplar şəklində "Sağlam təhsil!", "Azərbaycan üçün oxu!", "Emosional zəka", "Özünə kömək et!", "Bisnesmənəm!", "Səndən nə asılıdır?" adlı təlimlərdə iştirak ediblər. "Mən bir aktyoram" sosial tamaşası və "Nə? Harada? Nə zaman?" intellektual oyunlarına qatılıblar. Şagirdlər təşkilatçılar tərəfindən hədiyyələr və sertifikatlarla təltif ediliblər.

Növbəti mərhələsi Gəncə və Şəkidə davam etdiriləcək layihə iyulun 21-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR