Sudanda dəvə ilə hərəkət edən terrorçular 15 dinc sakini qətlə yetirib

Sudanda dəvə ilə hərəkət edən terrorçular 15 dinc sakini qətlə yetirib
# 28 noyabr 2014 04:58 (UTC +04:00)

APA-nın “Frans Press”-ə istinadən verdiyi xəbərə görə, hücum paytaxt Nyaladan 80 km aralıda baş verib. İnsident zamanı daha 10 dinc sakin yaralanıb.

Məlumata görə, dəvə ilə hərəkət edən silahlılar yolda avtomobillərə hücum edib. Hücuma məruz qalan şəxslərin qonaqlıqdan evinə qayıdan bir qrup dinc sakin olduğu bildirilir.

Sudanın Cənubi Darfur əyalətində artıq 10 ildir ki etniklər arası münaqişə davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR