Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda 2018-ci ildə bələdiyyə torpaqlarının sərhədlərinin müəyyənləşdirilməsi prosesi başa çatacaq
APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin 13 iyul 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına dair 2016-2020-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Proqramda qeyd edilib ki, Nazirlər Kabineti, Maliyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları və bələdiyyələr 2016-2018-ci illərdə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin sərhədlərinin aidiyyəti orqanlarla birlikdə müəyyən edilməsi və torpaqların müvafiq bələdiyyələrə təhvil verilməsi işlərinin tamamlanması, dövlət büdcəsinin vəsaiti hesabına həmin torpaqlar üzərində bələdiyyələrin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasını təmin etməlidir.
Əmlak Məsələləri Dövlət Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyəti orqanları və bələdiyyələrə 2016-2018-ci illərdə ərazi vahidlərinin və bələdiyyələrin sərhədlərinin müəyyənləşdirilməsinə dair yerquruluşu işlərinin yekunlaşdırılması, rəqəmsal və kağız üzərində xəritələrin hazırlanması və müvafiq məlumatların “Elektron kənd təsərrüfatı” informasiya sisteminə təqdim olunması da tapşırılıb.
Bələdiyyə torpaqlarının sərhədlərinin müəyyənləşdirilməsi 2018-ci ildə başa çatacaq
13 iyul 2016 16:52 (UTC +04:00)
Sosial
Lerikdə dağ uçqunu olub, bir kəndin yolu bağlanıb - FOTO - YENİLƏNİB
20:07
17 may 2024
FHN-in nümayəndələri INSARAG tədbirlərində iştirak ediblər
18:26
17 may 2024
Azərbaycanda hamiləlik, doğuş və zahılıq dövründə ölən anaların sayı açıqlanıb
18:16
17 may 2024
Buraxılış imtahanında iştirak edən 6 nəfərin nəticəsi ləğv edilib, 16 nəfər ən yüksək nəticəni göstərib
17:03
17 may 2024