Böyük Britaniya vətəndaşı Azərbaycan paytaxtında intihar edib - VİDEO

Böyük Britaniya vətəndaşı Azərbaycan paytaxtında intihar edib - <span style="color: red;">VİDEO
# 28 avqust 2015 08:01 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Azərbaycanın paytaxtı Bakı şəhərində intihar hadisəsi baş verib.

Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayon ərazisində yerləşən “ABU PETROL” yanacaq doldurma məntəqəsinin yaxınlığında qeydə alınıb.

Böyük Britaniya vətəndaşı, 1976-cı il təvəllüdlü Elizabet Adamuku yaşadığı 16 mərtəbəli binanın 12-ci mərtəbəsindən özünü ataraq intihar edib.

Polisdən həmçinin bildirilib ki, intihar edən şəxsin hamiləliyi bir müddət əvvəl pozulub və o, bu səbəbdən depressiyaya düşüb. Xarici vətəndaşın məhz bu səbəbdən intihar etdiyi ehtimal edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR