Nazirlik 103 min manatdan artıq gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib

Nazirlik 103 min manatdan artıq gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib
# 16 aprel 2015 11:39 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin gücləndirilməsi iş yerlərində əmək haqları və digər sosial xarakterli ödənişlərin gecikdirilməsi hallarının da azalmasına səbəb olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, cari ilin yanvar-mart aylarında DƏMX-in həyata keçirdiyi dövlət nəzarəti və vətəndaş müraciətlərinin araşdırılması zamanı ümumilikdə 103,481 min manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi aşkar edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,7% azdır. Həmin məbləğin 75,841 min manatı (73,2%) əmək haqlarından, 5,44 min manatı (5,2%) zərərə görə ödənclərdən, 22,2 min manatı (21,4%) isə sosial müavinət və kompensasiyalardan ibarət olub.

Qeyd olunan gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR