Ölkə çaylarının sululuğunda mühüm dəyişiklik qeydə alınmayıb

Ölkə çaylarının sululuğunda mühüm dəyişiklik qeydə alınmayıb
# 11 iyul 2016 10:36 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Ötən günlər ərzində Azərbaycanda çayların sululuğunda mühüm dəyişiklik müşahidə olunmayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, hazırda həmin çaylarda sabit sululuq müşahidə olunur.

Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 65-70, Kiçik Qafqazın çaylarında 140-150, Lənkəran-Astara bölgəsi çaylarında isə 100-120 faizini təşkil edir. İyulun 11-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 235 m3/s olmaqla ongünlük normanın 113 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 125 m3/s olmaqla ongünlük normanın 60 faizini təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 169 m3/s olmaqla, ongünlük normanın 151 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 13 m3/s təşkil edərək ongünlük normanın 12 faizinə bərabər olub.

İyulun 11-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Salyan məntəqəsində 7, Bankədə 10 sm artım, Araz çayının Novruzlu məntəqəsində 1 sm azalma qeydə alınıb, Surrada isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 326 sm (2015-ci il iyulun 11-də 329 sm), Salyanda 100 sm (2015-ci il iyulun 11-də 80 sm), Bankədə 185 sm (2015-ci il iyulun 11-də 169 sm), Araz çayının Novruzlu məntəqəsində isə 38 sm (2015-ci il iyulun 11-də 36 sm) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR