Yevlaxda iki nəfərin ölümü ilə nəticələn yol qəzası törədən sürücünün avtomobili qaçırdığı məlum olub

Yevlaxda iki nəfərin ölümü ilə nəticələn yol qəzası törədən sürücünün avtomobili qaçırdığı məlum olub
# 31 mart 2015 10:29 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Ağdaş sakini qaçırdığı avtomobillə özünün və sərnişinin ölümünə səbəb olan qəza törədib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 30-da Ağdaş rayonunun Orta Ləki kənd sakini Hicran Məmmədov Rayon Polis Şöbəsinə müraciət edərək martın 29-da “Hyundai” markalı avtomobilinin qaçırıldığını bildirib. Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı avtomobilin şəhər sakini Rəşad Sadıqov tərəfindən qaçırıldığı və Yevlax rayonunun ərazisində idarə edilərkən yol-nəqliyyat hadisəsi nəticəsində onun özünün və sərnişini Ramin İsayevin öldüyü müəyyən edilib.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR