Bank Of Baku

Oman xarici işlər nazirinin Tehrana səfəri planlaşdırılır

İran xarici işlər naziri Abbas Əraqçi, Oman Sultanlığının xarici işlər naziri Seyid Bədr Əl-Busəidi

© APA | İran xarici işlər naziri Abbas Əraqçi, Oman Sultanlığının xarici işlər naziri Seyid Bədr Əl-Busəidi

# 24 avqust 2026 10:41 (UTC +04:00)

Oman Sultanlığının xarici işlər naziri Seyid Bədr Əl-Busəidi Tehrana səfər edəcək.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai jurnalistlərə bildirib.

Bəqainin sözlərinə görə, Bədr Əl-Busəidinin səfəri sabaha planlaşdırılıb. Səfər çərçivəsində Oman xarici işlər nazirinin iranlı həmkarı Abbas Əraqçi ilə görüşərək, ikitərəfli və regional məsələlər ətrafında müzakirələr aparacağı gözlənilir.

Bəqai bildirib ki, səfər İran-Oman ikitərəfli əməkdaşlığının gücləndirilməsi, eləcə də Hörmüz boğazı üzrə siyasi məsləhətləşmələrin davam etdirilməsi və regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə vermək məqsədi daşıyır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR